SohnmezMashal.com
EN

“Azərbaycan rənglərinin ahəngi”



Maliyyə dəstəyi:
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

Həyata keçirilmə vaxtı:
1 may 2019 – 31 iyul 2019

Avropalı tərəfdaş:
Polşada fəaliyyət göstərən “Fundacja Pokolenia Pokoleniom” qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının Polşadakı səfirliyi

Layihənin təsviri:
Layihə çərçivəsində Polşanın Pruşkuv şəhərində Pruşkuv Şəhər Mədəniyyət və İdman Sarayının rəsm qalereyasında Azərbaycanın qadın rəssamlarının əsərlərindən ibarət “Azərbaycan rənglərinin ahəngi” adlı layihə çərçivəsində sərgi təşkil edilmişdir.

Tədbir zamanı iştirakçılar Azərbaycanın qadın rəssamlarının əsərləri ilə yaxından tanış olublar. Qonaqlara Azərbaycanın turizm imkanlarını əks etdirən çoxsaylı kitab və broşür paylanıb. Onlar Bakıda polyak memarların inşa etdiyi binalara həsr edilmiş stendə, eləcə də həmin mövzuda kitablara böyük maraq göstərmişlər.

Layihənin məqsədi:
Layihənin həyata keçirilməsində məqsəd Azərbaycanın turizm imkanlarını təbliğ etmək, şəhər sakinlərinə bu barədə ətraflı məlumat vermək olmuşdur. Ona görə də sərgiyə gələn qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan tarixi və mədəniyyəti mövzusunda nəşrləri, Dövlət Turizm Agentliyinin ölkəmizin turizm imkanlarına dair buklet, kitab və broşürləri, eləcə də Bakıda fəaliyyət göstərmiş polyak əsilli memarlar haqqında kitablar hədiyyə verilmişdir.