SohnmezMashal.com
EN

“Deportasiya. 1948-ci ilin soyuq qışı” adlı sənədli filmin hazırlanması”


Maliyyə dəstəyi:
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

Həyata keçirilmə vaxtı:
Sentyabr, 2018 – Oktyabr, 2018

Tərəfdaş təşkilat:
İctimai Televiziya və Radio Yayımları Şirkəti

Layihənin təsviri:
Layihə Azərbaycan tarixinin ağrılı səhifələrindən birinə - 1948-1953-cü illəri əhatə edən deportasiya mövzusuna həsr edilib. Məlum olduğu kimi həmin illərdə Ermənistan SSR-də yaşayan Azərbaycanlıların kütləvi surətdə bu respublikadan köçürülməsinə başlanılıb, insanlar yüz illər boyu yaşadıqları ev-eşiklərindən zorla çıxarılıblar.

Layihənin məqsədi:
Layihənin əsas məqsədi Azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistandan deportasiya olunması mövzusunda sənədli film çəkmək, bu ağrılı deportasiya tarixi ilə bağlı faktları ictimaiyyətin, xüsusən gənclərin diqqətinə çatdırmaqdır. Filmdə Azərbaycanlıların Ermənistan SSR-dən zorla köçürülməsi ilə bağlı Bakı və Moskva arxivlərində saxlanılan sənəd və materiallar əsasında ətraflı söhbət açılır. Deportasiya şahidləri həmin ağrılı günlərdən danışır, köçürülmənin hansı problem və çətinliklərlə müşaiyət olunduğunu açıqlayırlar. Film İctimai TV-də bir neçə dəfə nümayiş olunub.