EN

“Dünyanı heyrətləndirən musiqi”



Maliyyə dəstəyi:
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Həyata keçirilmə vaxtı:
1 iyul 2020 – 1 oktyabr 2020

Tərəfdaş təşkilatlar:
Azərbaycan Milli Konservatoriyası

Azərbaycan-Amerika Musiqi Fondu

Vaşinqton Beynəlxalq Piano İncəsənəti Şurası

Layihənin təsviri:
Müasir Azərbaycan peşəkar musiqi məktəbinin əsasını qoymuş dahi Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyinə həsr olunmuş layihə çərçivəsində Üzeyir Hacıbəyli yaradıcılığından seçmələr həm amerikalı, həm də azərbaycanlı musiqiçilər tərəfindən ifa edilərək video lentə alınıb. Dahi bəstəkarın doğum günündə - sentyabrın 18-də layihənin video-konfrans şəklində təqdimatı keçirilib.Musiqili proqramda rəssam Nərminə Vəliyevanın bəstəkarın personajlarına çəkdiyi illüstrasiyalar da nümayiş olunub.

Daha sonra ifa edilmiş musiqi nömrələri və bəstəkarın personajlarına çəkilmiş illüstrasiyalar e-disk şəklində Google-drive-da yaddaşa salınaraq YouTube-a yerləşdirilmişdir.

Layihənin məqsədi:
Layihənin məqsədi Qarabağ torpağında şirələnən, suyunda şəffaflaşan, sərhəd tanımayan, dinindən, dilindən, irqindən asılı olmayaraq hər kəsin ruhunu oxşayan Üzeyir bəyin musiqisini dünyanın hər guşəsində səsləndirmək, bu musiqi vasitəsilə qədim Qarabağ təbiətinin əsrarəngiz gözəlliyi barədə dünyaya söhbət açmaq üçün bəstəkarın personajlarına çəkilmiş illüstrasiyaları və onun yaradıcılığından seçmələri həm amerikalı, həm də azərbaycanlı musiqiçilərin ifasında Google-Drive-da e-disk şəklində yaddaşa salaraq bütün internet istifadəçilərinə əlçatar etməkdir. Həmçinin, hər kəsi sehrinə salan Üzeyir musiqisi onu dinləyənərin, seyr edənlərin təsəvvürlərini zənginləşdirməklə, onlarda bəstəkarın yaradıcılığına dair tədqiqatlar aparmaq həvəsi oyadacaq və Qarabağ həqiqətləri barədə onlara çox şey deyəcəkdir.