SohnmezMashal.com
EN

“Xocalı soyqırımı qurbanlarına həsr edilən “Sülh laylayı” layihəsi"


Maliyyə dəstəyi:
Vaşınqton Beynəlxalq Piano İncəsənət Şurası Azərbaycan Dillər Universiteti

Həyata keçirilmə vaxtı:
Sentyabr, 2017 – dekabr, 2017

Tərəfdaş təşkilatlar:

ABŞ Beynəlxalq Diplomatik Xidmət Əməkdaşları Assosiasiyası Vaşınqton Beynəlxalq Piano İncəsənət Şurası Azərbaycan Dillər Universiteti

Layihənin təsviri:
Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş şair Yusif Savalanın müəllifi olduğu “Xocalı uşaqlarına laylay” adlı şeir əsasında amerikalı pianoçu və bəstəkar Haskell Smol, sopranoçu Lora Styuart, klarnetçi Şeril Hill və bədii qiraətçi İrvinq Benavides tərəfindən hazırlanmış “Sülh laylayı” adlı musiqili əsərin premyerası keçirilmişdir. Tədbir Vaşinqton şəhərinin mərkəzində yerləşən, ABŞ-ın beşinci Prezidenti olmuş Ceyms Monronun iqamətgahı olan və hazırda Vaşınqton İncəsənət Klubu kimi fəaliyyət göstərən məşhur məkanda baş tutub.

Layihənin məqsədi:
Layihənin əsas məqsədi Xocalı qətliamı barədə Amerika ictimaiyyətini məlumatlandırmaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərə, və regionda sülhün bərqərar olunmasına töhvə verməkdir. Musiqili əsər Xocalı qətliamı qurbanları olan uşaqların xatirəsinə həsr edilmiş və bu əsərlə dünyada sülh və əmin-amanlığın bərqərar edilməsinə çağırış etmək layihənin ana xəttini təşkil edir.