EN

“Azərbaycanın rənglər dünyası Abu-Dabidə”


Maliyyə dəstəyi:
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

Həyata keçirilmə vaxtı:
Sentyabr, 2017 – Noyabr, 2017

Birləşmiş Ərəb Əmirliklərində tərəfdaş təşkilat:
Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi

Layihənin təsviri:
Layihə çərçivəsində 17 oktyabr 2017-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında gənc rəssamlar Nərminə Vəliyeva, Zəhra Məmmədova, Ayan Nəbiyeva, Roza Ələkbərova və Sofiya Rəsulovanın əsərlərindən ibarət sərgi nümayiş etdirilmişdir.

Layihənin məqsədi:
Layihənin həyata keçirilməsində məqsəd Abu-Dabi ictimaiyyətini Azərbaycan mədəniyyəti və incəsənəti ilə yaxından tanış etmək, ölkəmizin gözəlliklərini və inkişafını, gənc qadın rəssamlarımızın yaradıcılıq potensialını nümayiş etdirməkdir. Respublikamızın dövlət müstəqilliyi günü və Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ərəfəsində keçirilən bu sərgi tədbir iştirakçılarında Azərbaycan mədəniyyəti və incəsənəti haqqında daha aydın təəssürat yaratmağa imkan yaratmış oldu.