EN

Azərbaycanlı qadın yazıçıların poeziya antologiyasının nəşri (müxtəlif dövrlər)



Maliyyə dəstəyi:
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası

Həyata keçirilmə vaxtı:
15 dekabr 2014 – 30 iyul 2014

Amerikalı tərəfdaş:
Əlison Məndəvil, ABŞ, Fresno Kaliforniya Dövlət Universitetinin müəllimi, şair- tərcüməçi

Layihənin təsviri:
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi ən qədim dövrlərdən bu günə qədər yazıb-yaratmış Azərbaycan qadın yazıçılarının seçilmiş əsərlərindən ibarət kitab çap edib. Əsərlər həm Azərbaycan, həm də ingilis dillərində verilib. İngilis dilinə tərcümə olunmuş əsərlər milli illüstrasiyalarla müşayiət edilir. “Azərbaycan qadın şairlərinin poeziya antologiyası” adlanan kitab Azərbaycan ədəbiyyatında qadınların tarixi və müasir rolunu işıqlandırmağa və dəstəkləməyə xidmət edir. Antologiya Azərbaycan qadın yazıçılarının yaradıcı potensialını nümayiş etdirir, onların cəmiyyətdə rolunu daha aydın göstərir.

Layihənin məqsədi:
Bu kitab bizim xalqın tarixində qadın yaradıcılığının rolunu dünya xalqlarının nəzərinə çatdıracaq, bu da öz növbəsində ölkədə qadın yazıçıların nufuzunu artıracaq, onların maarifləndirilməsinə yardımçı olacaq və gender məsələlərinə işıq salacaqdır. Seçilmiş ədəbi nümunələrin müxtəlif dilli insanlara təqdim olunması bizim qadınların dünyada gedən demokratik prosseslərə inteqrasiyasını sürətləndirəcək. Antalogiyada verilmiş əsərlər və şəkillər regiondakı ənənəvi və müasir həyat tərzinə, milli şüura çağırışı əks etdirəcək. Tarixi və müasir əsərlərdə əks olunan tariximiz və milli dəyərlərimiz Azərbaycan və ingilisdilli ölkələr arasında bədii körpü yaratmağa xidmət edəcək, xüsusən də gender inkişafı sahəsində irəliləyiş əldə olunacaqdır.

Azərbaycan və ingilis dillərində çap olunmuş kitab universitetlərdə Azərbaycan ədəbiyyatını tədris edən müəllimlərə və yerli kitabxanalara hədiyyə edilib. Bundan başqa kitabların bir hissəsi Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirliklərinə, eləcə də UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına təqdim olunub.