EN

«Azərbaycan dilinin inkişafı və kodlaşdırılması məqsədilə elektron məlumat bazasının genişləndirilməsi» layihəsi
www.translit.az

Maliyyə dəstəyi:
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

Həyata keçirilmə vaxtı:
1 may 2009 – 31 avqust 2009

Layihəni həyata keçirənlər və tərəfdaşlar:
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi və Azərbaycan Dillər Universiteti

Layihənin təsviri:
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi YUNESKO və Azərbaycan Dillər Universitetinin maliyyə dəstəyi ilə 1 dekabr 2007 - 31 mart 2008-ci il tarixlərdə “Azərbaycan dilinin xəzinəsi: Azərbaycan dilinin inkişafı və kodlaşdırılması məqsədilə məlumat bazasının yaradılması” layihəsini həyata keçirmiş, bu layihə çərçivəsində «Azərbaycan dilinin xəzinəsi” vebsaytını yaratmışdı. Lakin saytın daha da genişləndirilməsinə və təkmilləşdirilməsinə ehtiyac var idi. Ona görə də təşkilat “Azərbaycan dilinin inkişafı və kodlaşdırılması məqsədilə məlumat bazasının genişləndirilməsi” layihəsini hazırlayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına müraciət etmiş və həmin qurumun maliyyə yardımı ilə bu layihəni reallaşdırmışdır. Bu layihə Azərbaycan dilinə və Azərbaycan dilindən xarici dillərə tərcümə sahəsində yaradılan ilk elektron məlumat bazasını daha da genişləndirmək və təkmilləşdirmək məqsədilə həyata keçirilmişdir. Nəticədə sayt daha da təkmilləşdirilmiş, yerləşdirilmiş biblioqrafik təsvirlərin əhatəsi də genişləndirilmiş, bu təsvirlər 1950-2009-cu illəri əhatə etmişdir. Azərbaycan dilinə və Azərbaycan dilindən xarici dillərə tərcümələrdən ibarət kitabxana xeyli genişləndirilmiş, “Tərcüməçilər” və “Dissertasiyalar” adlı yeni səhifələr yaradılmışdır. Bu səhifələrdə Azərbaycanda tanınmış tərcüməçilərin qısa bioqrafiyası verilmiş, xarici ölkələr ədəbiyyatının müxtəlif sahələri üzrə ölkəmizdə müdafiə olunmuş namizədlik və doktorluq dissertasiyaları barədə biblioqrafik məlumat bazası hazırlanmışdır. Sayta xarici ölkələrdə də böyük maraq olduğundan internet ünvanının adı dəyişdirilərək www.translit.az qoyulmuşdur.