EN

“Dünyamızı birlikdə rəngləyək: Azərbaycanın Dağlıq Qarabağ rəngləri” layihəsi
www.translit.az



Maliyyə dəstəyi:
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Diasprla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Dillər Universiteti

Həyata keçirilmə vaxtı:
1 aprel 2012 – 31 iyul 2012

Layihənin təsviri:
Layihə çərçivəsində Amerika Birləşmiş Ştatlarının Corc Meyson Universitetində Azərbaycan və Amerika qadın rəssamlarının sərgisi təşkil olunmuş, bu sərgidə daha çox Dağlıq Qarabağ mövzusu işıqlandırılmışdır. Sərginin uğurlu təşkili üçün bu işə həm də Vaşinqtonda fəaliyyət göstərən Qarabağ Fondu da cəlb edilmişdir. Fond Azərbaycandan gedən nümayəndələrin müvafiq ofislə təmin olunmasına, sərgiyə daha çox tamaşaçı cəlb edilməsinə, habelə tədbirin Birləşmiş Ştatlarda informasiya dəstəyinin təşkilinə yardımçı olmuşdur.

Layihənin məqsədi:
Layihənin məqsədi Azərbaycanın Amerika Birləşmiş Ştatlarında təbliği istiqamətində daha bir addım atmaq, zəngin Azərbaycan mədəniyyətinin tanınmasına xidmət göstərmək, Dağlıq Qarabağ həqiqətlərinin çatdırılması işinə mühüm töhvə verməkdir.