EN

“Ədəbiyyat” proqramı layihəsi

Həyata keçirilmə vaxtı:
15 iyul 2004-cü il - 15 oktyabr 2004-cü il

Layihəyə maliyyə dəstəyi verən təşkilat:
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin
Səngəçal Terminalı Genişləndirmə Proqramı
(ACG Project STEP)
Bakı, Tbilisi prospekti 5, məhəllə 1003.

Layihənin məqsədi:
Layihə Qaradağ rayonunda yerləşən məktəbləri ümumi oxu üçün ingilis dilində sadə tədris materialları ilə təmin etmək məqsədilə həyata keçirilmişdir.

Layihənin əsas vəzifəsiləri:
· Məktəblərdə ingilis dilində oxu materiallarının kəmiyyət və keyfiyyətini yaxşılaşdırmaq · Şagirdlərin oxu, yazı imkanlarını genişləndirmək, onlarda ingilisdilli ədəbiyyata maraq oyatmaq · Şagirdlərin ingilis dilində yaxşı oxuyub danışmaq imkanlarını genişləndirməklə yanaşı, ingilis dilində sözlər öyrənərkən, bu dildə yeni anlayışlara, biliklərə yiyələnərkən şagirdləri ingiliscə materialla təmin etmək

Layihənin təsviri:
“Ədəbiyyat” proqramı ingilis dilində yazılmış kitabların seçilərək, sadələşdirilmiş formada yenidən çap olunaraq Qaradağ rayonunda yerləşən məktəblərin kitabxanalarına paylanmasına yönəldilmişdir. Kitablar yerli məktəblərin müəllimləri arasında keçirilmiş sorğunun nəticələrinə əsasən seçilmişdir. Layihəyə daxil edilən kitablar müxtəlifdir: Uşaqlar, gənclər üçün bədii əsərlər, klassik əsərlər, qısa hekayələr, elmi-fantastik əsərlər, qeyri-bədii əsərlər: tərcümeyi-hal, biznes, poeziya, əyləncə, tarix, elm,təbiət və.b. mövzular. Layihə Qaradağ rayonunun 10 məktəbində gerçəkləşdirilmişdir. Kitabxanalara hədiyyə edilmiş bu kitablardan təkcə məktəbin indiki müəllim və tələbə kollektivi deyil, gələcək nəsillər də yararlanacaq. Seçilmiş 20 adda kitabın hər birindən 25 ədəd və müəllimlərin istifadəsi üçün 1 ədəd İngiliscə-Azərbaycanca lüğət hər bir məktəbə hədiyyə edilmişdir.

Layihənin qiymətləndirilməsi:
Həyata keçirilmiş layihəni qiymətləndirmək məqsədilə həmin məktəblərin müəllimləri və kitabxanaçıları arasında sorğu keçirilmişdir. Bunun üçün onlara layihəyə dair sualları əhatə edən xüsusi sorğu forması paylanmışdır