EN

“Ədəbiyyat Proqramının Genişləndirilməsi” Layihəsi

Həyata keçirilmə vaxtı:
19 sentyabr 2005-ci il – 25 dekabr 2005-ci il.

Layihəyə maliyyə dəstəyi verən təşkilat:
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin
Səngəçal Terminalı Genişləndirmə Proqramı
(ACG Project STEP)
Bakı, Tbilisi prospekti 5, məhəllə 1003.

Layihənin məqsədi:
Bu proqramın məqsədi Qaradağ məktəblərində ingilis dili müəllimlərini və məktəb kitabxanalarını ingilis dilində sadə ümumi oxu materialı - tədris vəsaiti ilə təmin etməkdir.

Layihədən yararlananlar:
Layihəyə Qaradağ rayonunda yerləşən 16 məktəb cəlb olunmuşdur. Dünya ədəbiyyatı klassiklərinin sadələşdirilmiş ingilis dilində nəşr edilmiş 25 adda əsəri alınaraq məktəblərə hədiyyə (hər məktəbə hər adda kitabdan 30 ədəd) olunmuşdur. Ümumilikdə Qaradağ məktəblərinə 12000 ədəd kitab hədiyyə edilmişdir.

Layihənin təsviri:
“Sönməz Məşəl” MƏİB Qaradağ məktəblərinin müəllimləri arasında sorğu apararkən məlum olmuşdur ki, məktəblərdə əlavə oxu üçün tədris materialı çatışmır. Məktəb kitabxanalarının isə bu çatışmazlığı aradan qaldırmaq üçün malliyyə imkanı yoxdur.
Ədəbiyyat Proqramının Genişləndirilməsi layihəsinə əsasən ingilis dilində sadə oxu kitabları seçilərək alınıb Qaradağ məktəblərində oxu dərslərində istifadə üçün müəllimlərin istifadəsinə verilmişdir. Kitabların seçimi zamanı yerli məktəblərin müəllimləri arasında bu məsələyə dair keçirilmiş sorğunun nəticələri nəzərə alınmışdır.

Layihənin əhəmiyyəti::
Qaradağ məktəblərində Ədəbiyyat Proqramının Genişləndirilməsi layihəsinin həyata keçirilməsi orta məktəb şagirdlərinin ingiliscə söz ehtiyatlarının genişləndirilməsi, oxu və nitq vərdişlərinin inkişafı sahəsində mühüm rol oynamışdır. Məktəb müəllimləri onlara verilmiş sadə oxu materiallarından istifadə edərək yeni tədris planı da tərtib edə bilərlər. Ümumiyyətlə, uşaqlar üçün zəngin və müxtəlif ədəbiyyatın olması şagirdlərdə ingiliscə olan bu kitabları oxuyaraq və oxuduqları haqda danışmağa həvəs oyadır.