EN

““İki dünyanın şairi” adlı ədəbi-bədii gecə, İmadəddin Nəsiminin 650 illiyinə həsr edilir. ”



Həyata keçirilmə vaxtı:
18 dekabr 2019

Tərəfdaşlar:
ADU-nun Xarici Ölkələr Ədəbiyyatı kafedrası Bakı Amerika Mərkəzi ABŞ-dakı Vaşinqton Piano İncəsənəti Şurası

Layihənin təsviri:
Layihənin həyata keçirilməsində məqsəd dünyəvi şair İmaddədin Nəsiminin 650 illik yubileyinə təşkilatımızın və tərəfdaş təşkilatların töhvələrini təqdim etməkdir.

Layihənin məqsədi:
ADU-nun tələbələri olan aparıcılar Nəsimi yaradıcılığının dünyəvi keyfiyyətləri, bəşəri duyğuları mövzusunda Azərbaycan və ingilis dilində tədbir iştirakçılarına məlumat vermişlər.Tələbələrin ifasında Nəsimi poeziyasının inciləri Azərbaycan və ingilis dilində səsləndirilmişdir. Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin ABŞ-dakı Vaşinqton Piano İncəsənəti Şurası ilə birgə təşkil etdiyi Nəsiminin “Sığmazam” fəlsəfi qəzəlinə amerikalı bəstəkar Andreü Celentanonun bəstələdiyi musiqinin təqdimat mərasimindən video-görüntülər yayımlanmışdır. Bəstəkarla skype vasitəsilə canlı bağlantı yaradılmış və mahnının yaranma tarixi barədə təəssüratlarını tədbir iştirakçıları ilə bölmüşdür.