EN

«Azərbaycan şairi Nizami dünyasının rəngləri Romada Azərbaycan və İtaliya rəssamlarının sərgisi» layihəsi
www.tercume.az

Maliyyə dəstəyi:
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Milli Məclisin Azərbaycan-İtaliya Dostluq qrupu Azərbaycan Respublikasının İtaliyadakı səfirliyi

Həyata keçirilmə vaxtı:
1 may 2013 – 31 iyul 2013-06-26

Avropalı tərəfdaş:
İtaliya-Azərbaycan Dostluq Cəmiyyəti

Layihənin təsviri:
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi layihə çərçivəsində iyunun 18-dən 22-dək Romada Azərbaycan və İtaliya qadın rəssamlarının birgə sərgisini təşkil edib. Sərgidə iki ölkənin gənc qadın rəssamlarının Nizami Gəncəvinin əsərlərinə çəkdiyi rəsmlər nümayiş olunub. Sərgidə Azərbaycanı Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı və Günay Həsənova, İtaliyanı isə İllaria Rezzi və Martina Donati təmsil ediblər. Sərginin təqdimat mərasimində Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıxov, millət vəkilləri Azər Kərimli və Rafael Hüseynov, İtaliyanın tanınmış mədəniyyət xadimləri iştirak ediblər.

Layihənin məqsədi:
Layihəni həyata keçirməkdə məqsəd bir daha İtaliyada Nizami Gəncəvi irsinə maraq oyatmaq, onun əsərlərinə çəkilmiş illüstrasiyalar vasitəsilə Nizami qəhrəmanları barədə, Nizaminin ümumbəşəri ideyaları haqqında İtaliya ictimaiyyətində daha geniş rəy formalaşdırmaq olub.