EN

“Odlar yurdunun min bir rəngi” adlı mədəniyyət proqramının təşkili


Maliyyə dəstəyi:
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

Həyata keçirilmə vaxtı:
10 aprel 2015 – 10 iyul 2015

Avropalı tərəfdaş:
Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyası
Azərbaycan Respublikasının Belçikadakı və Lüksemburqdakı səfirliyi

Layihənin təsviri:
Azərbaycan Respublikasının tarixi və mədəniyyəti haqqında, ölkənin demokratiya sahəsində əldə etdiyi uğurlar barədə Avropada təbliğat işi aparmaq indi həmişəkindən daha mühüm əhəmiyyət kəsb edir. Ona görə də “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Avropa İttifaqının üzvü olan Lüksemburqda “Odlar yurdunun min bir rəngi...” adı altında Azərbaycanın gənc qadın rəssamlarının əsərlərindən ibarət sərgi təşkil etdi. Bu sərgi vasitəsilə Azərbaycanın təbliği və tanıdılması istiqamətində kiçik bir addım atmaqla yanaşı, həm də məqsədimiz Dağlıq Qarabağ probleminin mahiyyəti barədə Avropa ictimaiyyətini məlumatlandırmaqdır. Bundan başqa Lüksemburq sakinləri inkişaf və tərəqqi yolunu seçən gənc Azərbaycan Respublikasında yaşayan müsəlman gənclərin yaradıcı potensialı ilə yaxından tanış oldular, onların fırça ilə yaratdıqları gözəlliklərdən zövq aldılar.

Layihənin məqsədi:
Layihənin əsas məqsədi Avropa İttifaqının üzvü olan Lüksemburqda Azərbaycanın tarixini və mədəniyyətini təbliğ etmək, Bakıda keçirilən Avropa oyunları barədə geniş informasiya vermək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı tədbirlər təşkil etmək idi.

Layihə Azərbaycanda Qurtuluş günü kimi qeyd edilən 15 iyun ərəfəsində həyata keçirildi. Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyası və Azərbaycan Respublikasının Belçikadakı və Lüksemburqdakı səfirliyi bu layihənin həyata keçirilməsi üçün məkanla təmin etdi və təşkilati dəstək göstərdi.

Layihə çərçivəsində Dağlıq Qarabağ, Bakıda keçirilən Avropa oyunları barədə, eləcə də bütövlükdə Azərbaycan həqiqətləri haqqında geniş təəssürat yaratmaq məqsədi ilə Azərbaycan qadın rəssamlarının əsərlərindən ibarət sərgi təşkil edildi, bu mövzuda buklet, kitab və broşüraların paylandı.

Azərbaycanın təbliği və tanıdılmasına yönəldilmiş bu tədbir vasitəsilə Azərbaycan tarixinin, Azərbaycan mədəniyyətinin bu ölkədə tanınmasına xidmət göstərmək, Azərbaycanın gənc rəssamlarının Qarabağ mövzusunda işlədikləri rəsm əsərlərini nümayiş etdirməklə Dağlıq Qarabağ həqiqətlərinin çatdırılması işinə töhvə vermək başlıca məqsədlərdən biridir.