EN

«Qadınlar, Ədəbiyyat və Cəmiyyət» layihəsi
www.translit.az

Maliyyə dəstəyi:
Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu

Həyata keçirilmə vaxtı:
1 aprel 2010 – 31 oktyabr 2010

Layihəni həyata keçirənlər və tərəfdaşlar:
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi və Azərbaycan Dillər Universiteti

Layihənin təsviri:
Azərbaycanın çox zəngin regional ictimai və siyasi cəhətdən dəyərli ədəbiyyat ənənələri vardır ki, qadınlar da onların yaranmasında iştirak etmişlər. Müstəqillik əldə olunandan bəri, iqtisadi, siyasi və ictimai dəyişikliklər ədəbi mühitdə xüsusilə qadınlar üçün mürəkkəb vəziyyətin yaranmasına səbəb olmuşdur. Ədəbiyyat xalqın və cəmiyyətin güzgüsü rolunu oyanaya bilir. Biz ətrafımızda hər şeyin necə olduğunu yeni gözlə görür və həmçinin onların necə ola biləcəyini xəyalımıza gətirə bilirik. Onların hər ikisi daha açıq və həyati cəmiyyət yolunda tənqidi addımlardır. Gender məsələsi cəmiyyətin bütün təbəqələrinə təsir göstərir. Bundan əlavə, Azərbaycanda qadınlar müəllimlərin, ələlxüsus da dil və ədəbiyyat müəllimlərinin böyük əksəriyyətini təşkil edir. Bu layihəyə bilavasitə gender məsələləri və bədii ədəbiyyatın tədrisi sahələrində islahatlara təsir edə biləcək insanlar cəlb edildi. Bu layihə Azərbaycan ədəbi ictimaiyyətinin açıqlığını və yaradıcılıq imkanlarını dəstəkləyərık onların qurulmasında yaxından iştirak edəcək. Yeni yazıçıları, xüsusilə də qadınları dinamik və açıq cəmiyyətə dəstək naminə ölkənin qüdrətli ədəbi ənənələrini müasir tənqidi məsələlərlə əlaqələndirməyə həvəsləndirəcək. “Sönməz Məşəl” Mədəni İctimai Birliyi Azərbaycan ədəbi mühitinin inkişafına və gender məsələlərinin bədii tədqiqatının təşkilinə dəstək məqsədiylə Amerika, Türkiyə və Azərbaycandan olan qadın yazıçıları bir araya gətirildi. Layihənin üç ümumi məqsədi vardır: bədii dəstək və zənginləşdirmə, ictimai maarifləndirmə, modelləşdirmə və təhsil yolu ilə bacarıqların formalaşdırılması. Bu üç məqsəd birlikdə müasir, ictimai cəhətdən münasib ədəbi mühitin şövqləndirilməsinə dəstək olur.

Layihənin tədbirləri:
- İntensiv yaradıcı yazı məşğələsi: Bu məşğələlər qonaq yazıçılarla azərbaycanlı yazıçılar arasında işi paylaşmaq, yeni yazı və yaradıcı yazı proqramlarını ərsəyə gətirmək üçün təşkil olunmuşdu.
- Amerika, Türkiyə və Azərbaycan qadın yazıçılarının Yekun Böyük İctimai Qiraətləri adlanan tədbirə məşğələ ərzində yaradılmış müştərək işlər də daxil edilmişdi.
- Nəzm və nəsr parçalar toplusunun hazırlanması və nəşri: Seminar iştirakçılarının yaratdıqları nəzm və nəsr əsərlərindən, həmçinin onların Azərbaycan-ingilis-türk dilli tərcümələrindən ibarət potensial müştərək material əsasında Buta qadın ədəbiyyatı antologiyasının (çap və virtual versiyalarda) birinci buraxılışı.
- Yaradıcı yazı proqramı modelinin inkişafı: Azərbaycanın tədris müəssisələrində tətbiqi məqsədi ilə (Məşğələ iştirakçıları üçün).

Qonaq yazıçılar getdikdən sonra əməkdaşlıq dörd ay ərzində davam etdirilərək “Buta” qadın ədəbiyyatı toplusu nəşr olunmuş və təşkilatın www.translit.az ünvanında yerləşən saytına qoyulmuşdur. Bundan başqa yaradıcı yazı üzrə kurrikulum işlənib hazırlanmış və həmin internet ünvanında yerləşdirilmişdir.