EN

«Qadınlar, Ədəbiyyat və Cəmiyyət» layihəsi

Maliyyə dəstəyi:
Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu, Azərbaycan Dillər Universiteti

Həyata keçirilmə vaxtı:
1 aprel 2012 – 30 noyabr 2012

Layihənin təsviri:
“Sönməz Məşəl” Mədəni İctimai Birliyi Azərbaycan ədəbi mühitinin inkişafına və gender məsələlərinin bədii tədqiqatının təşkilinə dəstək məqsədiylə 2010-cu il aprelin 1-dən oktyabrın 31-dək Amerika, Türkiyə və Azərbaycandan olan qadın yazıçıları bir araya gətirərək “Qadınlar, Ədəbiyyat və Cəmiyyət” layihəsini həyata keçirmişdir. “Qadınlar, ədəbiyyat və cəmiyyət layihəsinin genişləndirilməsi: regionlardakı yaradıcı qadınlar” layihəsi həmin layihənin davamı kimi həyata keçirilmiş, bu dəfə layihəyə Gəncə, Quba, Xaçmaz və Siyəzən rayonlarında yaşayan gənc yazıçılar cəlb olunmuşdur. Layihənin ümumi məqsədi bədii dəstək və zənginləşdirmə, ictimai maarifləndirmə, modelləşdirmə və təhsil yolu ilə bacarıqların formalaşdırılması.

Layihənin məqsəd və vəzifələri:
- İntensiv yaradıcı yazı üzrə seminarlar;
- Qadın yazıçıların əsərlərinin oxu gecəsi;
- Nəzm və nəsr parçalar toplusunun hazırlanması və nəşri: Seminar iştirakçılarının yaratdıqları nəzm və nəsr əsərlərindən ibarət “Buta” qadın ədəbiyyatı antologiyasının (çap və virtual versiyalarda) ikinci buraxılışı.

Əməkdaşlıq səkkiz ay ərzində davam etdirilərək “Buta” qadın ədəbiyyatı toplusunun ikinci buraxılışı nəşr olunacaq və təşkilatın www.translit.az ünvanında yerləşən saytına qoyulacaq.