EN

“Qadınlar yaradır: Azərbaycanda gender bərabərliyi və qadınların uğurlarına dair yaradıcı söhbətlər”


Maliyyə dəstəyi:
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası

Həyata keçirilmə vaxtı:
1 mart 2017 – 28 fevral 2018

Amerikalı tərəfdaş:
Əlison Məndəvil, ABŞ, Fresno Kaliforniya Dövlət Universitetinin müəllimi, şair- tərcüməçi

Layihənin təsviri:
Layihə çərçivəsində 2017-ci ilin yayında 40 nəfərə yaxın qadın rəssam və yazıçının iştirakı ilə Bakı şəhərində gender bərabərliyi və qadınların yaradıcı potensialı mövzusunda seminarlar təşkil edilmiş, bu seminarların gedişində yazıçı qadınlar kiçik ədəbi parçalar və esselər yazmış, rəssam qadınlar isə həmin bədii əsərlərdə ifadə olunan ideyanı kətana köçürmüşlər. Bundan sonra həmin bədii əsərlər ingilis dilinə tərcümə edilmiş və bədii yazılar onlara həsr edilmiş rəsmlərlə yanaşı tərtib olunaraq “Azərbaycan qadını yaradır: yazarlarla rəssamlar arasında ünsiyyət” adlı kitab-albom şəklində nəşr edilmişdir.

Layihənin məqsədi:
Belə bir layihənin həyata keçirilməsində məqsəd Azərbaycanın yaradıcı qadınlarının gender bərabərliyi mövzusunda baxışlarının daha da zənginləşdirilməsinə kömək etmək, yaradıcı qadının cəmiyyətdə yeri və rolu barədə fikir mübadiləsi aparmaq olmuşdur. Seminarlar zamanı yaradıcı qadınlar sərbəst mövzular ətrafında qurulan söhbətlərdə yaxından iştirak etmiş, ayrı-ayrı məsələlərə dair fikir mübadiləsinə fəal qoşulmaqla Azərbaycan qadınının gündəlik ictimai həyatda aktivliyini təsdiq etmişdir. Kitab-albomun iki dildə nəşri və bu kitabların həm də Amerika Birləşmiş Ştatlarının universitet kitabxanalarında yerləşdirilməsi Azərbaycan qadınının yaradıcı potensialı barədə kifayət qədər aydın təsəvvür yaratmaq məqsədi daşıyır.