EN

“Rənglər çələngi: Azərbaycanın Dağlıq Qarabağ rəngləri Melburnda” layihəsi

Maliyyə dəstəyi:
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

Həyata keçirilmə vaxtı:
1 aprel 2014 – 30 iyun 2014

Avstraliyalı tərəfdaş:
Melburn şəhərindəki Dikin Universiteti

Layihənin təsviri:


İyunun 15-dən 22-dək Melburnda fəaliyyət göstərən Dikin Universitetində Azərbaycanın gənc qadın rəssamlarının – Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı və Günay Həsənovanın Qarabağ mövzusunda əsərlərindən ibarət sərgi təşkil olunub. Universitetin tələbə və müəllimləri sərgidə bu rəssamların “Qarabağ atları”, “Şuşa məscidi”, “Torpaq həsrəti”, “Xudafərin körpüsü”, “Xarı bülbül”, “Gözlərdə Qarabağ həsrəti”və s. adda rəsmləri ilə tanış olublar. Eyni zamanda layihə çərçivəsində Dikin Universitetində Azərbaycan guşəsi də yaradılıb. Bu guşədə Azərbaycanın tarixi və mədəniyyəti, xüsusən Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi barədə geniş informasiya, habelə bu mövzuda kitab və broşüralar təqdim olunub.

Layihənin məqsədi:
Layihənin məqsədi Azərbaycanın uzaq Avstraliyada təbliği istiqamətində kiçik bir addım atmaq, zəngin Azərbaycan mədəniyyətinin bu ölkədə tanınmasına xidmət göstərmək, Azərbaycanın qadın rəssamlarının Qarabağ mövzusunda işlədikləri rəsm əsərlərini nümayiş etdirməklə Dağlıq Qarabağ həqiqətlərinin çatdırılması işinə töhvə vermək olub. Universitetdə Azərbaycan guşəsinin yaradılması tələbə və müəllimləri ölkəmiz haqqında, xüsusən Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi barədə məlumatlandırmaq məqsədi daşıyıb.