EN

«Rənglərin dialoqu: Azərbaycan – Almaniya» layihəsi

Maliyyə dəstəyi:
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi

Həyata keçirilmə vaxtı:
1 noyabr 2012 - 15 dekabr 2012

Avropalı tərəfdaşımız:
Avropa Azərbaycanlıları Konqresi

Layihənin təsviri:
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Avropa Azərbaycanlıları Konqresi ilə birlikdə 2012-ci il noyabrın 23-dən dekabrın 1-dək Berlindəki Direktorenhaus İncəsənət Qalareyasında “Rənglərin dialoqu: Azərbaycan – Almaniya” layihəsi çərçivəsində gənc Azərbaycanlı və alman qadın rəssamların əsərlərindən ibarət sərgi təşkil edib. Hər iki ölkədən sərgidə iştirak edən rəssamlar özlərinin əl işlərini nümayiş etdirib, bir-birini təmsil etdikləri xalqların milli incəsənət nailiyyətləri ilə tanış ediblər.

Layihənin məqsədi:
Layihənin əsas məqsədi Azərbaycanlı və alman qadın rəssamların yaradıcılıq imkanlarını nümayiş etdirmək, Azərbaycan mədəniyyətinin və incəsənətinin Avropada təbliğinə xidmət etmək, qloballaşan dünyamızı rəsm əsərlərinin dili ilə sülh, dostluq, sevgi rənginə boyamağa səsləməkdir.