EN

“Rənglərin səyahəti: Bakı - Budapeşt”


Maliyyə dəstəyi:
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

Həyata keçirilmə vaxtı:
1may 2016 – 31iyul 2016

Avropalı tərəfdaş:
Budapeştdə fəaliyyət göstərən Macar-Azərbaycan Dostluq Cəmiyyəti
Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi

Layihənin təsviri:
Layihə çərçivəsində Macarıstanın paytaxtı Budapeştdə fəaliyyət göstərən Macar-Azərbaycan Dostluq Cəmiyyəti ilə birlikdə 2016-cı ilin iyun ayında “Rənglərin səyahəti: Bakı - Budapeşt” adı altında Azərbaycanın gənc qadın rəssamlarının əsərlərindən ibarət sərgi təşkil edilir. Sərgiyə gələnlər Azərbaycanın gənc qadın rəssamlarının əsərləri ilə tanış olur, mədəniyyətimiz, incəsənətimiz, memarlıq abidəlirimiz barədə geniş informasiya alır.Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəbləri barədə məlumat vermək üçün qonaqlara müvafiq buklet, kitab və broşuralar paylamaq nəzərdə tutulur.

Layihənin məqsədi:
Layihənin məqsədi Avropa İttifaqının üzvü olan Macarıstanda Azərbaycanın təbliği və tanıdılması işinə yardımçı olmaq, Azərbaycanın gənc qadın rəssamlarının yaradıcı potensialını nümayiş etdirmək, Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti, habelə Dağlıq Qarabağ münaqişəsinin səbələri barədə Budapeşt ictimaiyyətini məlumatlandırmaq, ölkəmizdə gedən iqtisadi inkişaf prosesi, qazanılan uğurlar haqqında aydın təsəvvür yaratmaqdır.