“SÖNMƏZ  MƏŞƏL”  MƏDƏNİ  ƏLAQƏLƏR  İCTİMAİ BİRLİYİ

 

VÖEN: 1400597621

 

Uçot siyasəti  və maliyyə hesabatlarına qeydlər

 

31 dekabr 2012-ci il tarixinə tamamlanan il üçün

 

1.       “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi

 

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi ümumi maraqlar əsasımda birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir.

 

Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Qeyri-hökumət təşkilatları (ictimai birlik və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu, digər normativ-hüquqi aktlar və öz Nizamnaməsi əsasında həyata keçirir.

Birlik 27 sentyabr 2007-ci ildə dövlət qeydiyyatına alınıb.

 

Birliyin əsas məqsədi ölkəmizin dünyada gedən qlobal proseslərə qoşulmasına yardımçı olmaqdır.

 

Öz məqsədinə nail olmaq üçün birlik aşağıdakı vəzifələri həyata keçirir:

 

- Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrinin əcnəbi dillərə, dünya ədəbiyyatının ən qiymətli nümunələrinin Azərbaycan dilinə tərcüməsini təşkil etmək;

- bədii tərcümə işinə marağın artırılması məqsədilə ən yaxşı bədii tərcümə nümunələrinin müsabiqəsini təşkil etmək;

- cəmiyyətdə gedən demokratik proseslərin beynəlxalq aləmdə təbliğinə nail olmaq;

- Azərbaycan incəsənəti nümunələrinin beynəlxalq aləmdə tanınmasına kömək etmək;

- dünya şöhrətli rəssamların əsərlərinin Azərbaycanda nümayiş etdirilməsinə kömək etmək;

- Azərbaycan rəssamlarının əsərlərinin əcnəbi ölkələrdə tanınmasına və təbliğinə yardımçı olmaq;

- vətəndaşların müasir demokratik dəyərləri öyrənməsinə kömək etmək.

 

2.       Əhəmiyyətli uçot siyasətləri

 

MALİYYƏ HESABATLARININ TƏQDİM EDİLMƏSİ:

 

·                     Uyğunluq haqqında bəyannamə - Birliyin bütün hesabatları Qeyri Hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları (QHTMMUS) əsasında hazırlanır.

·                     Maliyyə hesabatlarının təqdim edilməsi prinsipləri Bütün təqdim edilən hesabatlar QHTMMUS prinsipləri əsasında hazırlanıb. Vergi məsrəflərin hesablanmasında yerli qanunvericilikdən istifadə edilmişdir.

·                     Maliyyə hesabları tarixi dəyər, daimi fəaliyyətdə olan təşkilat prinsipləri və hesablama metodu əsasında hazırlanır.

 

Funksional valyuta və hesabatları təqdim etmək üçün valyuta Təşkilat iqtisadi mahiyyətinə uyğun olaraq funksional valyuta Azərbaycan manatıdır.

 

 

UÇOT SİYASƏTİNİN ƏSAS PRİNSİPLƏRİ

 

Uçot siyasəti - maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı müəssisə tərəfindən tətbiq edilən konkret prinsiplər, əsaslar, şərtlər və qaydalardır.

 

Uçot siyasətində dəyişikliklər - Birlik uçot siyasətini yalnız aşağıdakı hallarda dəyişə bilər:

                    i.     Standart və ya Şərh bunu tələb etdikdə; və ya

                  ii.     Uçot siyasətinin dəyişdirilməsi maliyyə hesabatlarında əməliyyatların, digər hadisə və şərtlərin təşkilatın maliyyə vəziyyətinə, maliyyə nəticələrinə və pul vəsaitlərinin hərəkətinə təsiri haqqında etibarı və daha uyğun məlumatların təmin edilməsi ilə nəticələndikdə.

 

Qeyri-birja əməliyyatları - Birlik aşağıdakı şərtlər vasitəsilə hər-hansı əməliyyatın qeyri-birja əməliyyatı olub-olmamağını qiymətləndir:

Birlik aldığı resursların əvəzində heç bir və ya nominal dəyər ödədikdə, bunlar qeyri-birja əməliyyatlarına daxildir.

Birja Gəlirin tanınmasıBirlik satış nəticəsində əldə edilən gəliri malın alıcıya (müştərisinə) təhvil edilməsi zamanı tanıyır. Malın alıcıya təhvil verilməsi alıcı tərəfindən malın qəbul edilməsi haqqında müvafiq sənəddə imza atmaqla təsdiqlənməlidir. Bu zaman hesab edilir ki, malın istifadəsi ilə əlaqədar bütün fayda və risklər alıcıya keçir.

Xalis gəlir - ƏDV (əlavə dəyər vergisi) nəzərə alınmadan ümumi satışlardan geri qaytarılan mal və təqdim edilən güzəştlərin çıxılması yolu ilə tanınılır. Geri qaytarılan mallara görə ehtiyatlar (öhdəlik) keçmiş tarixlərdə geri qaytarılan malların dəyərinin həmin dövrlərdə satışlara faiz nisbəti ilə hesablanır.

Torpaq, tikili və avadanlıqlar Birliyin fəaliyyətində istifadə olunan (o cümlədən icarəyə verilmə məqsədi üçün), faydalı xidmət müddəti 1 ildən artıq olan maddi aktivlərdir. Torpaq, tikili və avadanlıqların balansa alınması ilkin dəyər əsasında aparılır.

İlkin dəyər –  alınması, quraşdırılması və başqa analoji xərcləri də daxil etməklə aktivin əldə edilməsinə çəkilən faktiki məsrəflərdir.

Torpaq, tikili və avadanlıqların sonrakı uçotu həmin aktivlərin amortizasiya dəyəri əsasında aparılır.

Ədalətli dəyər - əqd həyata keçirilərkən yaxşı məlumatlandırılmış, bu əməliyyatı həyata keçirmək istəyində olan və bir-birindən asılı olmayan tərəflər arasında aktivlərin mübadiləsi üçün müəyyən olunmuş məbləğdir.

Torpaq, tikili və avadanlıqların balans dəyəri (qalıq dəyəri) torpaq, tikili və avadanlıqların ilkin dəyərdən yığılmış amortizasiya çıxılmaqla, hesabat tarixinə torpaq, tikili və avadanlıqların mühasibat balansında (uçotda) əks etdirilən dəyəridir.

Torpaq, tikili və avadanlıqların dəyərdən düşməsindən itki balans dəyəri çıxılsın bərpa olunan dəyər.

Torpaq, tikili və avadanlıqlara çəkilən kapital xərcləri torpaq, tikili və avadanlıqların dəyərini artırmaq yolu ilə qeydə alınır. Həmin xərclərin kapital xərclərə aid edilməsi iki meyar əsasında müəyyən edilir. Həmin xərclər torpaq, tikili və avadanlıqların faydalı xidmət müddətini uzadır və ya aktivin istifadəsindən gözlənilən iqtisadi səmərəni artırır.

Cari təmirlə əlaqədar xərclər mənfəət və zərər hesabatında dövrün xərcləri kimi tanınılır.

Amortizasiya dəyəri torpaq, tikili və avadanlıqların ilkin dəyəri ilə ləğv olunma dəyəri arasındakı fərqlə müəyyən olunur.

Ləğv olunma dəyəri –  gözlənilən çıxdaş xərclərini çıxmaqla, aktivin faydalı xidmət müddətinin sonuna bankın bu aktivə görə alacağı gözlənilən xalis məbləğdir.

Qeyri Maddi Aktivlər – Fiziki forması olmayan aktivlərdir. Qeyri maddi aktivlər ilkin dəyər əsasında qeydə alınır və sonradan faydalı xidmət müddəti ərzində amortizasiya dəyərini və dəyərdən düşmək nəticəsində zərərin silmək yolu balansda əks olunurlar. Qeyri maddi aktivlərə amortizasiya aşağıdakı üsulla hesablanır.

Qeyri maddi aktivlərin amortizasiya norması:

 

Qeyri Maddi Aktivin kateqoriyası

Amortizasiya

1. İstifadə müddəti məlum olanlar üçün

Faydalı xidmət müddətinə mütənasib olaraq

2. İstifadə müddəti məlum olmayanlar üçün

10 faiz bərabər hissələrlə

 

Əmtəə dəyərliləri Əmtəə dəyərliləri aşağıdakı iki göstəricidən daha az olanı əsasında müəyyən olunur: faktiki maya dəyəri və əmtəə dəyərlilərin xalis satış qiyməti. Əmtəə dəyərlilərin xalis satış qiyməti malın bazarda qiyməti çıxılsın malın bazara çıxarılması ilə əlaqədar digər xərclər müəyyən edilir.

Malın maya dəyəri malların orta dəyərləri əsasında müəyyən edilir. Malların qalıqları dəyərlərin daimi uçotu sistemi əsasında aparılır.

EhtiyatlarEhtiyatların tanınması yalnız cari öhdəliyin yaranması zamanı olunur. Cari öhdəlik hüquqi və ya faktiki öhdəlik ola bilər. Öhdəliklər, dəyəri müəyyən edilmiş keçmiş dövrlərdə yaranan öhdəliklərdir və gələcəkdə onların yerinə yetirilməsi üçün aktivlərin çıxarılması labüddür. Ehtiyat kimi tanınan məbləğ öhdəlikləri yerinə yetirmək üçün riskləri və qeyri müəyyənlikləri nəzərə almaqla xərclərin daha yaxşı qiymətləndirilməsini əks etdirir. Əgər ehtiyatların hesablanmasında gələcəkdə pul axınlarının çıxması nəzərə alınırsa onda ehtiyatın məbləği həmin pul axınlarının diskontlaşmış dəyərini əks etdirməlidir.

Debitor borclarına görə yaradılan ehtiyatlar Debitor borclara görə yaradılan ehtiyatlar debitor borcun kontr hesabıdır. Yaradılan Ehtiyatların hesabat dövründə balans dəyərinin dəyişməsini əks etdirən məbləğ həmin dövrün xərci kimi tanınılır. Ümidsiz borcların silinməsi yaradılan müvafiq ehtiyatların hesabına silinir. Əgər silinən borc bərpa edilirsə onda həmin borc müvafiq ehtiyatın bərpa edilməsi yolu ilə aparılır.

İşçilərə cari ödənişlərİşçilərə cari ödənişlərə aşağıdakılar daxildir:

o   Əmək haqqı və sosial ödəmələr        

o   Qısamüddətli ödənilən məzuniyyətlər         

o   Xəstəliyə görə işə çıxmamaqların ödənişi

o   Faktiki işləyən işçilərə ödənilən qeyri-pul ödənişləri (tibbi xidmət və başqa malların və xidmətlərin ödənişi)

 

ƏSAS TERMİNLƏR:

 

Ədalətli dəyər əqd həyata keçirilərkən yaxşı məlumatlandırılmış, bu əməliyyatı həyata keçirmək istəyində olan və bir-birindən asılı olmayan tərəflər arasında aktivlərin mübadiləsi üçün müəyyən olunmuş məbləğidir.

Xalis ədalətli dəyər əqd həyata keçirilərkən yaxşı məlumatlandırılmış, bu əməliyyatı həyata keçirmək istəyində olan və bir-birindən asılı olmayan tərəflər arasında aktivlərin mübadiləsi üçün müəyyən olunmuş məbləğ ilə aktivin çıxdaş edilmə xərcləri arasında olan fərqdir.

İstifadədən gözlənilən iqtisadi səmərə - aktivin davam edən istifadəsindən və bu aktivin faydalı xidmət müddətinin sonunda çıxdaş edilməsindən yaranması nəzərdə tutulmuş pul vəsaitlərinin daxilolmalarının diskont dəyəridir. 

Öhdəlik - keçmiş hadisələrdən yaranan və yerinə yetirilməsi iqtisadi səmərə kəsb edən vəsaitlərin sərf olunması ilə nəticələnən cari öhdəlikdir.

Öhdəlik yaradan hadisə - yerinə yetirməkdən başqa real alternativi olmayan hüquqi və faktiki öhdəlik yaradan hadisədir

Təqdim olunan əlavə informasiyanın AZN ilə verilməsi məqsədilə, maliyyə hesabatlarındakı bütün bəndlər Mərkəzi Bankın 31 dekabr 2012-ci il balans tarixindəki son həddə  AZN-ə çevrilib.

Maliyyə hesabatları Azərbaycan manatı ilə hazırlanmışdır.

(a)   Qiymətləndirmə metodu

Maliyyə fəaliyyətinin nəticələri, maliyyə vəziyyəti hesabatları hazırlanarkən mühasibat uçotunun hesablama metodu tətbiq olunmaqla aktivlər ilkin dəyər uçot prinsiplərinə əsaslanaraq hazırlanmışdır.

(b)  Maliyyə fəaliyyətinin nəticələrinin və maliyyə vəziyyətinin ölçülməsinə maddi təsir göstərən spesifik uçot siyasətləri  aşağıdakılardır:

 

(i)     Gəlirin tanınması

Üzvlük haqqı gəliri

Birlik üzvlük haqqını təqvim əsasında təsdiq edir. Haqq üzv tərəfindən hər müvafiq ilin mart ayında hesab-fakturanın göndərilməsindən sonra ödənilməlidir. Üzvlük haqqı gəliri qəbul edilmiş hər hansı bir güzəştlə hesablanır. Birliyin üzvlərinin üzvlük haqqı məbləği birliyin üzvlərindən asılı olaraq müxtəlifdir.

Qrant gəliri  

Birlik donorlar tərəfindən hesabatları qəbul edilən qrantları qeyri-birja gəliri kimi tanıyır.

(ii)               Debitor borcları

Debitor borcları, şübhəli borclar üçün yaradılmış ehtiyatı çıxdıqdan sonra onların güman edilən satış dəyəri ilə yazılır.

 İşçilərin mükafatlandırılması

İşçilərə hesablanmış əmək haqqı, illik məzuniyyət, təqaüd dəyəri və s. gəlir haqları onların aid olduğu hesabat dövrünə aid edilir. İllik məzuniyyət ödənişi cari dövr üçün əməkhaqqı normasına əsasən hesablanır.

Bundan əlavə, birlik Azərbaycan dövlət sosial müdafiə fonduna hər bir işçinin əmək haqqından 25% (22% və 3%) məbləğ ödəyir. Bu məbləğlər yaranma tarixində xərc kimi tanınır.

   Torpaq, tikili və avadanlıqlar

Torpaq, tikili və avadanlıqlar

Torpaq, tikili və avadanlıqlar onların satınalma dəyəri və ya istehsal qiyməti və onlara hesablanmış amortizasiya və dəyərdən düşmə məbləği çıxılmaqla göstərilir. Təsərrüfatdaxili istehsal olunmuş torpaq, tikili və avadanlıqlar onlara sərf edilmiş material dəyəri, əmək haqqı və qaimə xərclərinin müvafiq payı aid edilir.

Amortizasiya

Amortizasiya, torpaq, tikili və avadanlığın alındığı və ya təsərrüfat daxili istehsal olunarsa istifadəyə verildiyi gündən etibarən həmin ilin sonuna qalıq dəyərinə müvafiq olaraq azalan qalıq metodu tətbiq olunmaqla hesablanır. Torpaq, tikili və avadanlıqların kateqoriyaları üçün istifadə olunan illik amortizasiya normaları aşağıdakılardır:

·         Binalar, tikililər və qurğular                                      -  7 faizədək

·         Maşınlar, avadanlıq və hesablama texnikası       - 25 faizədək

·         Nəqliyyat vasitəsi                                                    - 25 faizədək

·         Mebel və qarnitura                                                    - 20 faizədək

·         Digər torpaq, tikili və avadanlıqlar                           - 20 faizədək

Bina və avadanlıqların təmiri və xidmət xərcləri baş verdiyi dövrün xərcləri kimi tanınır. Əsaslı təmir xərcləri isə gələcək dövrün xərcləri kimi tanınaraq hissələrlə və ya təmir fondu ehtiyatı yaradıldığı halda ehtiyat hesabına silinir.

(iii)             Xarici valyuta

Xarici valyuta ilə aparılan əməliyyatlar əməliyyat tarixindəki mübadilə normasına uyğun olaraq AZN-ə çevrilir. Xarici valyutalarda balans tarixindəki aktiv və öhdəliklər tarixə uyğun mübadilə normalarına uyğun olaraq çevrilir. Son (yekun) gəlir və ya itki Maliyyə fəaliyyətinin nəticələri hesabatında təsdiq olunur.

(iv)             Vergitutma

Birlik 09 iyun 2005-ci il tarixdən etibarən vergi uçotuna alınmışdır və Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən vergi ödəyicisidir.

Qısamüddətli (mövcud) ödənilməli olan vergi təyin edilmiş vergi normalarından istifadə etməklə illik ödənilməsi güman edilən və ya balans tarixində təyin edilən və əvvəlki illər nəzərə alınmaqla ödənilməli vergiyə edilən hər hansı bir tənzimləmədir.

  

(v)               Uçot siyasətlərində dəyişikliklər

Cari ildə uçot siyasətlərində heç bir dəyişiklik edilməmişdir.

 

2012-ci il üçün illik maliyyə hesabatına izahat

 

 Bu hesabat Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il 13 yanvar tarixli İ-05 nömrəli əmri ilə təsdiq edilmiş “Qeyri-Hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu standartı” əsasında hazırlanmışdır.

Mühasibat uçotunun təşkilində hesablama metodu tətbiq edilmişdir.

 

Standartın 18-ci bölməsi “Qeyri-birja əməliyyatları üzrə gəlirlər”

 

“Sönməz Məşəl” MƏİB-in QHT üçün MMUS-un 18-ci bölməsinin 2-ci bəndinin b yarım bəndinə uyğun  qeyri-birja əməliyyatları üzrə gəliri – qrantlar – olmuşdur. Bu qrantlar "Dünyamızı birlikdə rəngləyək: Azərbaycanın Dağlıq Qarabağ rəngləri (Azərbaycan və Amerika qadın rəssamların sərgisi)" (4500.00 AZN) və "Rənglərin dialoqu: Azərbaycan-Almaniya" (8040.00 AZN)  layihələri üzrə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olub. “Women Writing in the Regions: An Expansion of Women, Literature and Society Project” (Regionlardakı qadın yazarlar: Ədabiyyat və sosial layihələrdə qadınların rolunun genişləndirilməsi) layihəsi üzrə (13600.00 USD (10676.00 AZN)) üzrə Açıq Cəmiyyət İnstitutu-Yardım Fondundan və "Dünyamızı birlikdə rəngləyək" layihəsi (7000.00 AZN) üzrə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından daxil olub. Qrantların ümumi məbləği 30216.00 (Otuz min iki yüz on altı manat 00 qəpik) manat təşkil etmişdir.

Standartın 20-ci bölməsi “İşçilərin mükafatlandırılması”

 

“Sönməz Məşəl” MƏİB-də 20-ci bölmənin 3-cü bəndinin a yarım bəndində göstərilən mükafatlandırmalar həyata keçirilmişdir.

 

Hesabat tarixinə “Sönməz Məşəl” MƏİB-də işçilərin mükafatlandırlması üzrə bütün öhdəliklər yerinə yetirilmişdir.

Standartın 6-cı bölməsi “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat”

 

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat  6-cı bolmənin 8-ci bəndinə əsasən əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin ümumi daxil olmalarının və  pul vəsaitlərinin ümumi xaricolmalarının əsas qruplarını ayrıca olaraq təqdim edilir.

 

Maliyyə vəziyyəti haqqında hesabat

 

Hesabat gününə-31 dekabr 2012-ci il tarixinə mühasibat hesablarında qalıqları olmamışdır.

 

Xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabat

 

Xalis aktivlərdə  əvvəlki dövrlərdə qrant hesabına əldə olunmuş ofis texnikasının balans dəyərinin mənbəyi kimi yaradılan digər ehtiyat fondu göstərilmişdir. Hesablanmış amortizasiya həmin ehtiyat fondunun azalmasına aid edilmişdir.

 

Rəhbər:                                         Ş.B.Nağıyeva

Baş mühasib:                                T.F.Hüseynov

 

                                                                                                          “19” Mart 2013-cü il