“Qeyri-hökumət təşkilatının

illik maliyyə hesabatının

forması, məzmunu və

təqdim edilməsi Qaydası”na

1 nömrəli əlavə

 

 

 Maliyyə vəziyyəti haqqında hesabat

31 dekabr  2014-cü il tarixə

Forma №1

1

4

0

0

5

9

7

6

2

1

 

VÖEN

 

Təşkilatın adı: “Sönməz  Məşəl”  Mədəni  Əlaqələr  İctimai Birliyi

 

Sahə (fəaliyyət növü): İctimai birlik fəaliyyəti (kodu: 94990)

 

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan 17A, mənzil 9

 

Təşkilatın Ədliyyə Nazirliyində qeydiyyat nömrəsi: 1104-Q3-1614

 

Təşkilatın Ədliyyə Nazirliyində qeydiyyat tarixi: 27.09.2004-cü il

 

(manatla)

Sıra

-si

Maddələrin adı 

İzahlı qeyd-lər

Hesabat dövrü üzrə

Əvvəlki dövr üzrə

1

2

3

4

5

1.

Uzunmüddətli aktivlər

1.1.

qeyri-maddi aktivlər

 

1.2.

əsas fondlar

 

1.3.

uzunmüddətli debitor borcları

 

1.4.

sair uzunmüddətli aktivlər

 

1.4.1

verilmiş uzunmüddətli avanslar

1.4.2.

digər uzunmüddətli aktivlər

2

Qısamüddətli aktivlər

 

 

 

2.1.

Ehtiyatlar

 

2.2.

qısamüddətli debitor borcları

 

2.2.1.

qrantlar üzrə qısamüddətli debitor borclar

2.2.2.

digər qısamüddətli debitor borclar

1

2

3

4

5

2.3.

pul vəsaitləri və onların ekvivalentlərı

 

12200

2.4.

sair qısamüddətli aktivlər

 

2.4.1.

verilmiş qısamüddətli avanslar

 

2.4.2.

təhtəlhesab məbləğlər

 

2.4.3.

digər qısamüddətli aktivlər

 

3.

Cəmi aktivlər

 

12200

4.

Xalis aktivlər (kapital)

4.1.

nizamnamə kapitalı

 

4.2

ehtiyat fondu

 

4.3.

bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)

 

5.

Uzunmüddətli öhdəliklər  

 

 

 

5.1.

uzunmüddətli öhdəliklər

 

5.1.1.

uzunmüddətli bank kreditləri

5.1.2.

digər uzunmüddətli öhdəliklər

5.2.

uzunmüddətli kreditor borcları

 

5.3.

sair uzunmüddətli öhdəliklər

 

6.

Qısamüddətli öhdəliklər

 

 

 

6.1.

qısamüddətli öhdəliklər

 

6.1.1.

qısamüddətli bank kreditləri

6.1.2.

digər qısamüddətli öhdəliklər

6.2.

vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər

6.3.

qısamüddətli kreditor borcları

 

6.4.

sair qısamüddətli öhdəliklər

 

12200

6.4.1.

qrantlar üzrə qısamüddətli öhdəliklər

 

 

12200

6.4.2.

digər qısamüddətli öhdəliklər

 

 

 

7.

Cəmi öhdəliklər

 

 

12200

8.

Cəmi xalis aktivlər (kapital) və öhdəliklər

 

 

12200

 

Rəhbər

 

Baş mühasib                                                       “19Mart 2015-ci il

 

 

 

 

 

 

 

 

“Qeyri-hökumət təşkilatının

illik maliyyə hesabatının

forması, məzmunu və

təqdim edilməsi Qaydası”na

2 nömrəli əlavə

 

Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat

 

31 dekabr  2014-cü il tarixə

 

Forma №2

1

4

0

0

5

9

7

6

2

1

 

VÖEN

 

Təşkilatın adı: “Sönməz  Məşəl”  Mədəni  Əlaqələr  İctimai Birliyi

 

Sahə (fəaliyyət növü): İctimai birlik fəaliyyəti (kodu: 94990)

 

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan 17A, mənzil 9

 

Təşkilatın Ədliyyə Nazirliyində qeydiyyat nömrəsi: 1104-Q3-1614

 

Təşkilatın Ədliyyə Nazirliyində qeydiyyat tarixi: 27.09.2004-cü il

 (manatla)

Sıra

-si

Maddələrin adı 

İzahlı qeydlər 

Hesabat dövrü üzrə

Əvvəlki dövr üzrə

1

2

3

4

5

1.

Cəmi gəlirlər

 

10000

19000

1.1.

kommersiya fəaliyyətindən gəlirlər

 

1.1.1.

uzunmüddətli aktivlərin satışından gəlirlər

 

1.1.2

digər kommersiya fəaliyyətindən gəlirlər

 

1.2.

ianələr

 

1.3.

qrantlar

 

10000

19000

1.4.

dövlət büdcəsindən verilmiş maliyyə yardımları

 

1.5.

giriş və üzvlük haqları

 

1.6.

xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərini yaratmış şəxslər tərəfindən verilmiş vəsaitlər üzrə gəlirlər

 

 

 

1

2

3

4

5

1.7.

digər qeyri-kommersiya fəaliyyətindən gəlirlər

 

2.

Cəmi xərclər

 

10000

19000

2.1.

pul formasında verilmiş yardımlar

 

2.1.1.

xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən verilmiş qrantlar

2.1.2.

digər pul formasında verilmiş yardımlar

2.2.

natural formada verilmiş yardımlar

 

2.3.

amortizasiya xərcləri

2.4.

əmək haqqı xərcləri

1574

1482

2.5.

istifadə olunmuş ehtiyatlar

 

2.6.

qrant layihələrinin icrası məqsədi ilə digər subpotratçıların xidmətlərinin ödənişi üzrə xərclər

 

 

 

2.7.

uzunmüddətli aktivlərin xaricolmasından xərclər

2.8.

kreditlərə görə faizlərin ödənişi üzrə xərclər

2.9.

sair xərclər

 

20626

5318

3.

Ümumi mənfəət (zərər)

 

(12200)

12200

3.1.

mənfəət vergisi və ya sadələşdirilmiş vergi

 

 

 

3.2.

hesabat dövrü üzrə xalis mənfəət

 

(12200)

12200

 

 

Rəhbər

 

Baş mühasib                                                               “19Mart 2015-ci il

 

 

 

 

 

 

 

ƏHƏMİYYƏTLİ UÇOT SİYASƏTİ  VƏ İZAHLI QEYDLƏR

 

“Sönməz  Məşəl”  Mədəni  Əlaqələr  İctimai Birliyi

 

VÖEN: 1400597621

 

31 dekabr 2014-cü il tarixinə tamamlanan il üçün

                                                          

“Sönməz  Məşəl”  Mədəni  Əlaqələr  İctimai Birliyi ümumi maraqlar əsasımda birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir.

Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Qeyri-hökumət təşkilatları (ictimai birlik və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu, digər normativ-hüquqi aktlar və öz Nizamnaməsi əsasında həyata keçirir.         

Birliyin əsas məqsədi ölkəmizin dünyada gedən qlobal proseslərə qoşulmasına yardımçı olmaqdır.

Öz məqsədinə nail olmaq üçün birlik aşağıdakı vəzifələri həyata keçirir:

- Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrinin əcnəbi dillərə, dünya ədəbiyyatının ən qiymətli nümunələrinin Azərbaycan dilinə tərcüməsini təşkil etmək;

- bədii tərcümə işinə marağın artırılması məqsədilə ən yaxşı bədii tərcümə nümunələrinin müsabiqəsini təşkil etmək;

- cəmiyyətdə gedən demokratik proseslərin beynəlxalq aləmdə təbliğinə nail olmaq;

- Azərbaycan incəsənəti nümunələrinin beynəlxalq aləmdə tanınmasına kömək etmək;

- dünya şöhrətli rəssamların əsərlərinin Azərbaycanda nümayiş etdirilməsinə kömək etmək;

- Azərbaycan rəssamlarının əsərlərinin əcnəbi ölkələrdə tanınmasına və təbliğinə yardımçı olmaq;

- vətəndaşların müasir demokratik dəyərləri öyrənməsinə kömək etmək.                                                  

ƏHƏMİYYƏTLİ UÇOT SİYASƏTİ

                                                          

Maliyyə hesabatlarının təqdim edilməsi:

 

            ·  Uyğunluq haqqında bəyannamə - Birliyin bütün hesabatları Qeyri Hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları (QHTMMUS) əsasında hazırlanır.

· Maliyyə hesabatlarının təqdim edilməsi prinsipləri – Bütün təqdim edilən hesabatlar QHTMMUS prinsipləri əsasında hazırlanıb. Vergi məsrəflərin hesablanmasında yerli qanunvericilikdən istifadə edilmişdir.

· Maliyyə hesabları tarixi dəyər, daimi fəaliyyətdə olan təşkilat prinsipləri və hesablama metodu əsasında hazırlanır.

Funksional valyuta və hesabatları təqdim etmək üçün valyuta – Təşkilat iqtisadi mahiyyətinə uyğun olaraq funksional valyuta Azərbaycan manatıdır.

 

 

Uçot siyasətinin əsas prinsipləri

 

Uçot siyasəti - maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı müəssisə tərəfindən tətbiq edilən konkret prinsiplər, əsaslar, şərtlər və qaydalardır.

Uçot siyasətində dəyişikliklər - Birlik uçot siyasətini yalnız aşağıdakı hallarda dəyişə bilər:

i.                   Standart və ya Şərh bunu tələb etdikdə; və ya

ii.                 Uçot siyasətinin dəyişdirilməsi maliyyə hesabatlarında əməliyyatların, digər hadisə və şərtlərin təşkilatın maliyyə vəziyyətinə, maliyyə nəticələrinə və pul vəsaitlərinin hərəkətinə təsiri haqqında etibarı və daha uyğun məlumatların təmin edilməsi ilə nəticələndikdə.

Qeyri-birja əməliyyatları - Birlik aşağıdakı şərtlər vasitəsilə hər-hansı əməliyyatın qeyri-birja əməliyyatı olub-olmamağını qiymətləndir:

Birlik aldığı resursların əvəzində heç bir və ya nominal dəyər ödədikdə, bunlar qeyri-birja əməliyyatlarına daxildir.

Birja Gəlirin tanınması – Birlik satış nəticəsində əldə edilən gəliri malın alıcıya (müştərisinə) təhvil edilməsi zamanı tanıyır. Malın alıcıya təhvil verilməsi alıcı tərəfindən malın qəbul edilməsi haqqında müvafiq sənəddə imza atmaqla təsdiqlənməlidir. Bu zaman hesab edilir ki, malın istifadəsi ilə əlaqədar bütün fayda və risklər alıcıya keçir.

Xalis gəlir - ƏDV (əlavə dəyər vergisi) nəzərə alınmadan ümumi satışlardan geri qaytarılan mal və təqdim edilən güzəştlərin çıxılması yolu ilə tanınılır. Geri qaytarılan mallara görə ehtiyatlar (öhdəlik) keçmiş tarixlərdə geri qaytarılan malların dəyərinin həmin dövrlərdə satışlara faiz nisbəti ilə hesablanır.

Torpaq, tikili və avadanlıqlar – Birliyin fəaliyyətində istifadə olunan (o cümlədən icarəyə verilmə məqsədi üçün), faydalı xidmət müddəti 1 ildən artıq olan maddi aktivlərdir. Torpaq, tikili və avadanlıqların balansa alınması ilkin dəyər əsasında aparılır.

İlkin dəyər –  alınması, quraşdırılması və başqa analoji xərcləri də daxil etməklə aktivin əldə edilməsinə çəkilən faktiki məsrəflərdir.

Torpaq, tikili və avadanlıqların sonrakı uçotu həmin aktivlərin amortizasiya dəyəri əsasında aparılır.

Ədalətli dəyər - əqd həyata keçirilərkən yaxşı məlumatlandırılmış, bu əməliyyatı həyata keçirmək istəyində olan və bir-birindən asılı olmayan tərəflər arasında aktivlərin mübadiləsi üçün müəyyən olunmuş məbləğdir.     

Torpaq, tikili və avadanlıqların balans dəyəri (qalıq dəyəri) – torpaq, tikili və avadanlıqların ilkin dəyərdən yığılmış amortizasiya çıxılmaqla, hesabat tarixinə torpaq, tikili və avadanlıqların mühasibat balansında (uçotda) əks etdirilən dəyəridir.

Torpaq, tikili və avadanlıqların dəyərdən düşməsindən itki – balans dəyəri çıxılsın bərpa olunan dəyər.                                               

Torpaq, tikili və avadanlıqlara çəkilən kapital xərcləri torpaq, tikili və avadanlıqların dəyərini artırmaq yolu ilə qeydə alınır. Həmin xərclərin kapital xərclərə aid edilməsi iki meyar əsasında müəyyən edilir. Həmin xərclər torpaq, tikili və avadanlıqların faydalı xidmət müddətini uzadır və ya aktivin istifadəsindən gözlənilən iqtisadi səmərəni

Cari təmirlə əlaqədar xərclər mənfəət və zərər hesabatında dövrün xərcləri kimi tanınılır. Amortizasiya dəyəri -  torpaq, tikili və avadanlıqların ilkin dəyəri ilə ləğv olunma dəyəri arasındakı fərqlə müəyyən olunur.                                                 

Ləğv olunma dəyəri –  gözlənilən çıxdaş xərclərini çıxmaqla, aktivin faydalı xidmət müddətinin sonuna bankın bu aktivə görə alacağı gözlənilən xalis məbləğdir.

Qeyri Maddi Aktivlər – Fiziki forması olmayan aktivlərdir. Qeyri maddi aktivlər ilkin dəyər əsasında qeydə alınır və sonradan faydalı xidmət müddəti ərzində amortizasiya dəyərini və dəyərdən düşmək nəticəsində zərərin silmək yolu balansda əks olunurlar. Qeyri maddi aktivlərə amortizasiya aşağıdakı üsulla hesablanır.                                                     

Əmtəə dəyərliləri – Əmtəə dəyərliləri aşağıdakı iki göstəricidən daha az olanı əsasında müəyyən olunur: faktiki maya dəyəri və əmtəə dəyərlilərin xalis satış qiyməti. Əmtəə dəyərlilərin xalis satış qiyməti malın bazarda qiyməti çıxılsın malın bazara çıxarılması ilə əlaqədar digər xərclər müəyyən edilir.

Malın maya dəyəri malların orta dəyərləri əsasında müəyyən edilir. Malların qalıqları dəyərlərin daimi uçotu sistemi əsasında aparılır.                                                       

Ehtiyatlar – Ehtiyatların tanınması yalnız cari öhdəliyin yaranması zamanı olunur. Cari öhdəlik hüquqi və ya faktiki öhdəlik ola bilər. Öhdəliklər, dəyəri müəyyən edilmiş keçmiş dövrlərdə yaranan öhdəliklərdir və gələcəkdə onların yerinə yetirilməsi üçün aktivlərin çıxarılması labüddür. Ehtiyat kimi tanınan məbləğ öhdəlikləri yerinə yetirmək üçün riskləri və qeyri müəyyənlikləri nəzərə almaqla xərclərin daha yaxşı qiymətləndirilməsini əks etdirir. Əgər ehtiyatların hesablanmasında gələcəkdə pul axınlarının çıxması nəzərə alınırsa onda ehtiyatın məbləği həmin pul axınlarının diskontlaşmış dəyərini əks etdirməlidir.  Debitor borclarına görə yaradılan ehtiyatlar –Debitor borclara görə yaradılan ehtiyatlar debitor borcun kontr hesabıdır. Yaradılan Ehtiyatların hesabat dövründə balans dəyərinin dəyişməsini əks etdirən məbləğ həmin dövrün xərci kimi tanınılır. Ümidsiz borcların silinməsi yaradılan müvafiq ehtiyatların hesabına silinir. Əgər silinən borc bərpa edilirsə onda həmin borc müvafiq ehtiyatın bərpa edilməsi yolu ilə aparılır.      

İşçilərə cari ödənişlər – İşçilərə cari ödənişlərə aşağıdakılar daxildir:

o   Əmək haqqı və sosial ödəmələr                                                  

o   Qısamüddətli ödənilən məzuniyyətlər                                                    

o   Xəstəliyə görə işə çıxmamaqların ödənişi                                                          

o   Faktiki işləyən işçilərə ödənilən qeyri-pul ödənişləri (tibbi xidmət və başqa malların və xidmətlərin ödənişi)                                                                                                           

ƏSAS TERMİNLƏR:

 

            Ədalətli dəyər əqd həyata keçirilərkən yaxşı məlumatlandırılmış, bu əməliyyatı həyata keçirmək istəyində olan və bir-birindən asılı olmayan tərəflər arasında aktivlərin mübadiləsi üçün müəyyən olunmuş məbləğidir.

Xalis ədalətli dəyər əqd həyata keçirilərkən yaxşı məlumatlandırılmış, bu əməliyyatı həyata keçirmək istəyində olan və bir-birindən asılı olmayan tərəflər arasında aktivlərin mübadiləsi üçün müəyyən olunmuş məbləğ ilə aktivin çıxdaş edilmə xərcləri arasında olan fərqdir.

İstifadədən gözlənilən iqtisadi səmərə - aktivin davam edən istifadəsindən və bu aktivin faydalı xidmət müddətinin sonunda çıxdaş edilməsindən yaranması nəzərdə tutulmuş pul vəsaitlərinin daxilolmalarının diskont dəyəridir.

Öhdəlik - keçmiş hadisələrdən yaranan və yerinə yetirilməsi iqtisadi səmərə kəsb edən vəsaitlərin sərf olunması ilə nəticələnən cari öhdəlikdir.

Öhdəlik yaradan hadisə - yerinə yetirməkdən başqa real alternativi olmayan hüquqi və faktiki öhdəlik yaradan hadisədir.

Maliyyə hesabatları Azərbaycan manatı ilə hazırlanmışdır.

Qiymətləndirmə metodu     

Maliyyə fəaliyyətinin nəticələri, maliyyə vəziyyəti hesabatları hazırlanarkən mühasibat uçotunun hesablama metodu tətbiq olunmaqla aktivlər ilkin dəyər uçot prinsiplərinə əsaslanaraq hazırlanmışdır.

(b)   Maliyyə fəaliyyətinin nəticələrinin və maliyyə vəziyyətinin ölçülməsinə maddi təsir göstərən spesifik uçot siyasətləri  aşağıdakılardır:

(i)                Gəlirin tanınması

Üzvlük haqqı gəliri                                                  

Birlik üzvlük haqqını təqvim əsasında təsdiq edir. Haqq üzv tərəfindən hər müvafiq ilin mart ayında hesab-fakturanın göndərilməsindən sonra ödənilməlidir. Üzvlük haqqı gəliri qəbul edilmiş hər hansı bir güzəştlə hesablanır. Birliyin üzvlərinin üzvlük haqqı məbləği birliyin üzvlərindən asılı olaraq müxtəlifdir.      

Qrant gəliri                                                  

Birlik donorlar tərəfindən hesabatları qəbul edilən qrantları qeyri-birja gəliri kimi tanıyır.

(ii)  Debitor borcları                                               

Debitor borcları, şübhəli borclar üçün yaradılmış ehtiyatı çıxdıqdan sonra onların güman edilən satış dəyəri ilə yazılır.                                               

İşçilərin mükafatlandırılması                                               

İşçilərə hesablanmış əmək haqqı, illik məzuniyyət, təqaüd dəyəri və s. gəlir haqları onların aid olduğu hesabat dövrünə aid edilir. İllik məzuniyyət ödənişi cari dövr üçün əməkhaqqı normasına əsasən hesablanır.       Bundan əlavə, birlik Azərbaycan dövlət sosial müdafiə fonduna hər bir işçinin əmək haqqından 25% (22% və 3%) məbləğ ödəyir. Bu məbləğlər yaranma tarixində xərc kimi tanınır.  

            Torpaq, tikili və avadanlıqlar onların satınalma dəyəri və ya istehsal qiyməti və onlara hesablanmış amortizasiya və dəyərdən düşmə məbləği çıxılmaqla göstərilir. Təsərrüfatdaxili istehsal olunmuş torpaq, tikili və avadanlıqlar onlara sərf edilmiş material dəyəri, əmək haqqı və qaimə xərclərinin müvafiq payı aid edilir.                                                        

Amortizasiya, torpaq, tikili və avadanlığın alındığı və ya təsərrüfat daxili istehsal olunarsa istifadəyə verildiyi gündən etibarən həmin ilin sonuna qalıq dəyərinə müvafiq olaraq azalan qalıq metodu tətbiq olunmaqla hesablanır. Torpaq, tikili və avadanlıqların kateqoriyaları üçün istifadə olunan illik amortizasiya normaları Azərbaycan Respublikası Vergi Məcəlləsinin 114-cü maddəsinə əsasən hesablanır.

(iii)  Xarici valyuta                                                  

Xarici valyuta ilə aparılan əməliyyatlar əməliyyat tarixindəki mübadilə normasına uyğun olaraq AZN-ə çevrilir. Xarici valyutalarda balans tarixindəki aktiv və öhdəliklər tarixə uyğun mübadilə normalarına uyğun olaraq çevrilir. Son (yekun) gəlir və ya itki Maliyyə fəaliyyətinin nəticələri hesabatında təsdiq olunur.  

(iv)  Vergitutma                                                      

Birlik 09 iyun 2005-ci il tarixdən etibarən vergi uçotuna alınmışdır və Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən vergi ödəyicisidir. Qısamüddətli (mövcud) ödənilməli olan vergi təyin edilmiş vergi normalarından istifadə etməklə illik ödənilməsi güman edilən və ya balans tarixində təyin edilən və əvvəlki illər nəzərə alınmaqla ödənilməli vergiyə edilən hər hansı bir tənzimləmədir.

(v) Uçot siyasətlərində dəyişikliklər                                                          

Cari ildə uçot siyasətlərində heç bir dəyişiklik edilməmişdir.

İZAHLI QEYDLƏR

                                                          

             Bu hesabat Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2009-cu il 13 yanvar tarixli İ-05 nömrəli əmri ilə təsdiq edilmiş “Qeyri-Hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu standartı” əsasında hazırlanmışdır.

             Mühasibat uçotunun təşkilində hesablama metodu tətbiq edilmişdir.

 

Maliyyə vəziyyəti haqqında hesabat

 

             Hesabat gününə-31 dekabr 2014-cü il tarixinə mühasibat hesablarında qalıqları olmamışdır.

 

Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat

             GƏLİRLƏR

 “Sönməz Məşəl” MƏİB-in QHT üçün MMUS-un 18-ci bölməsinin 2-ci bəndinin b yarım bəndinə uyğun  qeyri-birja əməliyyatları üzrə gəliri – qrantlar – olmuşdur. Bu qrantlar"Rənglər çələngi:Azərbaycanın Dağlıq Qarabağ rəngləri Melburnda" layihəsi (10000.00 AZN) üzrə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından daxil olub.

            XƏRCLƏR

            Standartın 20-ci bölməsi “İşçilərin mükafatlandırılması” (əmək haqqı xərcləri)

İctimai Birlikdə standartın 20-ci bölməsinin 3-cü bəndinin a yarım bəndində göstərilən mükafatlandırmalar həyata keçirilmişdir. Əmək haqqı xərcləri 2014-cü ildə 1574,00 manat təşkil etmişdir.

           Sair xərclər bölməsində qrant layihəsinin xərclər smetası üzrə nəzərdə tutulmuş xərclənmələr yerinə yetirilmişdir:

Ekspert xidməti, konfranslar, dəftərxana, bank və sair xərclər – 20626,00 AZN

 

Qeyd: Hesabat gününə-31 dekabr 2013-cü il tarixinə “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin bank hesabında 12200,00 (on iki min iki yüz manat 00 qəpik) manat pul vəsaiti qalığı hesabat ilində (2014-cü il)  qrant layihəsində nəzərdə tutulmuş maddələri üzrə xərclərin maliyyələşdirilməsinə sərf olunmuşdur.

 

Rəhbər

 

Baş mühasib                                                       “19Mart 2015-ci il