EN

«SÖNMƏZ MƏŞƏL» MƏDƏNİ ƏLAQƏLƏR İCTİMAİ BİRLİYİ

Dövlət qeydiyyatı

«Sönməz Məşəl» Mədəni Əlaqələr İctimai Birliyi ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökumət təşkilatıdır. 27 sentyabr 2004-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır.

Məqsəd və vəzifələri

Birliyin fəaliyyətinin əsas məqsədi ölkəmizin dünyada gedən qlobal proseslərə qoşulmasına yardımçı olmaqdan ibarətdir. Birlik bu məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir: - Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrinin əcnəbi dillərə tərcüməsini təşkil etmək və yaymaq; - bədii tərcümə işinə marağın artırılması məqsədilə ən yaxşı bədii tərcümə nümunələrinin müsabiqəsini təşkil etmək; - cəmiyyətdə gedən demokratik proseslərin beynəlxalq aləmdə tanınmasına yardımçı olmaq; - Azərbaycan incəsənəti nümunələrinin beynəlxalq aləmdə tanınmasına kömək etmək; - vətəndaşların müasir demokratik dəyərləri öyrənməsinə kömək etmək və s.


RƏHBƏR

«Sönməz Məşəl» Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Bədir qızı Nağıyevadır. Ş.B.Nağıyeva Azərbaycan Dillər Universitetinin müəllimi, filologiya elmləri namizədi, professordur. ABŞ Dövlət Departamentinin ali məktəb müəllimləri üçün təşkil etdiyi Fulbrayt proqramının qalibi kimi 2003-2004-cü tədris ilində Şimali Karolina ştatındakı Şərqi Karolina Universitetində 6 ay və 2010-2011-ci tədris ilində Vircinya ştatındakı Corc Meyson Universitetində 4 ay bədii tərcümə problemləri üzrə tədqiqat aparmışdır. Çoxsaylı elmi məqalələrin və bir neçə kitabın müəllifidir.