SohnmezMashal.com
EN

“Azərbaycan rənglərinin ahəngi” adlı sərginin təşkili


“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin layihə heyəti 29 iyun- 3 iyul 2019-cu il tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Polşanın Pruşkuv şəhərində CKİS Pruszkow qalareyasında Polşada fəaliyyət göstərən “Fundacja Pokolenia Pokoleniom” adlı qeyri-hökumət təşkilatının tərəfdaşlığı ilə “Azərbaycan rənglərinin ahəngi” adlı Azərbaycanın gənc qadın rəssamlarının əsərlərindən ibarət sərginin təşkili etməyi planlaşdırır.

Füsunkar Azərbaycan təbiətini, memarlıq abidələrini, turizm potensialını əks etdirən rəsm əsərləri, Bakıda fəaliyyət göstərmiş polyak əsilli memarlar haqqında sərgi iştirakçılarına hədiyyə veriləcək kitablar Polşa incəsənətinə və mədəniyyətinə xüsusi Azərbaycan rəngi qatacaqdır.