EN

Tədbir haqqında məlumat


“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi iyunun 15-dən 19-dək Lüksemburqdakı fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının və Azərbaycanın Luksemburq Krallığındakı səfirliyinin təşkilati dəstəyi ilə “Odlar yurdunun min bir rəngi” adlı mədəniyyət layihəsi həyata keçirəcək. Layihəni Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatçılarına Dövlət Dəstəyi Şurası maliyyələşdirib.

Layihənin həyata keçirilməsində məqsəd Lüksemburq sakinlərini Azərbaycanın gənc qadın rəssamlarının əsərləri ilə tanış etmək, bütövlükdə Azərbaycan mədəniyyəti və incəsənəti barədə aydın təsəvvür yaratmaqdır.

Layihə çərçivəsində Azərbaycanın üç gənc qadın rəssamının – Nərminə Vəlieva, Şəhla Qəhrəmanlı və Günay Həsənovanın Azərbaycanın təbiəti, mədəniyyəti və tarixi abidələri mövzusunda çəkdikləri rəsmlərdən ibarət sərgi təşkil ediləcək.

His Excellency the Ambassador Fuad Isgandarov and his spouse as well as the president of the Cultural Association of Azerbaijan in Luxembourg “Karabagh” Lea Linster will welcome the visitors together with the Chairwoman of Sonmaz Mashal CRPU Shahla Naghiyeva.

Azərbaycan Respublikasının Belçikada və Luksemburqdakı səfiri və Avropa İttifaqı yanındakı nümayəndəliyinin rəhbəri cənab Fuad İsgəndərov və xanımı, Lüksemburqdakı “ Qarabağ” Mədəniyyət təşkilatının prezidenti Li Linster, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva qonaqları salamlayacaqlar.

Sərgiyə gələn tamaşaçılar qədim Bakının simvolu sayılıan Qız Qalasını, Qobustan qədim qaya yazılarını, Qarabağ atlarını, Gəncə məscidini, Azərbaycan ədəbiyyatının tanınmış qəhrəmanlarını, Azərbaycanın təbiət gözəlliklərini, insanlardakı azadlıq ruhunu görə biləcəklər. Bir sözlə tamaşaçılar odlar yurdunun min bir rəngini görə biləcəklər.

Sərginin təşkil edildiyi günlərdə Bakıda 1-ci Avropa oyunlarının keçiriləcəyini nəzərə alan rəssamlar bu mövzuda da rəsmlər çəkiblər. Məqsəd həm də Azərbaycanın idman ölkəsi kimi təqdim olunmasıdır.

Bütövlükdə sərgidə 40-a yaxın rəsm əsəri nümayiş olunacaq.

Sərgi təşkil olunan zalda Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və incəsənəti, mətbəxi və s. barədə məlumat kitabları təqdim ediləcək. Məqsəd sərgiyə gələnlərə Azərbaycan haqqında daha çox informasiya vermək, Azərbaycanı tanıtmaq və sevdirməkdir.

Layihənin Azərbaycandan gedən təşkilatçıları və iştirakçıları Azərbaycanla bağlı bütün suallara cavab verməyə hazır olacaqlar.