EN

"Azərbaycan şairi Nizami dünyasının rəngləri" layihəsi həyata keçirilir


“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Azərbaycanın İtaliyadakı səfirliyi, İtaliya-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycan parlamentinin Azərbaycan-İtaliya dostluq qrupunun əməkdaşlığı ilə “Azərbaycan şairi Nizami dünyasının rəngləri” layihəsini həyata keçirir.

Layihə çərçivəsində iyunun 17-dən 22-dək Romada Azərbaycan və İtaliya qadın rəssamlarının birgə sərgisi təşkil olunacaq. Sərgidə Azərbaycanlı gənc qadın rəssamlar Nərminə Vəliyeva, Şəhla Qəhrəmanlı, Günay Həsənovanın, İtaliyan qadın rəssamlar- İlaria Rezzi və Martino Donatinin Nizami Gəncəvinin əsərlərinə çəkdiyi rəsmlər nümayiş olunacaq.

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin Xarici Ölkələr Ədəbiyyatı kafedrasını professoru Şəhla Nağıyevanın rəhbərliyi ilə layihə heyəti sərginin təşkili üçün iyunun 15-də İtalyanın Roma şəhərinə yola düşəcək.

Sərgi Romanın məşhur “Galleia d’Arte Consorti” rəsm qalareyasında keçiriləcək.